
"Çelsi"dən "Yuventus"a
- 25 İyn 2022 12:22
- 452
“Çelsi” rəhbərliyi “Yuventus”a ulduz futbolçularını dəyişməyi təklif edib.
Rekord.az xəbər verir ki, bu barədə “Sky Sports” saytı məlumat yayıb.
Belə ki, London klubu "Yuve"yə Timo Verner və 45 milyon avro təklif edir. Turinlilərin müdafiəçisi Mateys de Liqt isə bunun əvəzində "Çelsi"yə keçməlidir.
Qeyd edək ki, De Liqt 2019-cu ildə "Ayaks"dan "Yuventus"a keçib. 87 oyunda meydana çıxan futbolçu İtaliya A Seriyasının çempionu olub.