
"Çelsi" ilə müqaviləni yeniləməkdən imtina etdi
- 04 Yan 2022 14:21
- 561
"Çelsi"nin müdafiəçisi Andreas Kristensen bu yay azad agent kimi klubu tərk edə bilər.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bir neçə həftə əvvəl London təmsilçisi danimarkalı ilə 4 illik müqaviləyə razılaşsa da, futbolçu son anda müqaviləni yeniləməkdən imtina edib.
Kristensenin transferində "Barselona" və "Milan" maraqlıdır. Müdafiəçinin klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.
Qeyd edək ki, "Çelsi"nin yetirməsi ilə Kristensen 2014-cü ildən əsas komandada oynayır. O, bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda meydana çıxıb.