“Çelsi” icarə əsasında Braziliyanın “Flamenqo” klubunda çıxış edən futbolçusu Kenedini geri çağırıb.

Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kenedi ötən ilin avqustunda “Flamenqo”ya 1 illik icarəyə verilmişdi.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Flamenqo”da 17 oyuna çıxıb.