"Çelsi" futbolçusu Tiaqo Silva ilə yeni müqavilə bağlayıb.

Rekord.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçinin sözləşməsi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, braziliyalı oyunçu ötən mövsümdən "Çelsi"də çıxış edir. O, "Portu" "Milan" və PSJ kimi klublarda da oynayıb.