
"Çelsi" 145 milyon ziyanda
- 01 Yan 2022 13:25
- 512
“Çelsi” 2021-ci ilin ilk altı ayı üçün maliyyə hesabatını açıqlayıb.
Rekord.az xəbər verir ki, London təmsilçisi ilk altı ay ərzində 145.6 milyon funt-sterlinq məbləğində zərərlə üzləşib.
Klub bunu pandemiya səbəbi ilə əksər matçların azarkeşsiz keçirilməsi və futbolçu satışından əldə olunan gəlirlərin azalması ilə izah edib.
İllik gəlirini 387.8 milyondan 416.8 milyon funt-sterlinqə çıxaran klubun əməkdaşlıq etdiyi şirkətlərə borcunun 1 milyardın üstünə çıxdığı diqqətə çatdırılıb.
Xatırladaq ki, almaniyalı baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Çelsi”, 2020-ci ilin yayında heyətlə bağlı ciddi dəyişiklik etmiş və Avropada transferə ən çox pul xərcləyən kluba çevrilmişdi.