Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci turdan təxirə salınmış oyun keçirilib.

Rekord.az xəbər verir ki, günün yeganə matçı “Səbail” və “Qəbələ”nin əvəzedici komandaları arasında baş tutub.

Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

Birinci Divizion
5-ci turdan təxirə salınan oyun

11 noyabr

Səbail-2 – Qəbələ-2 3:1
Qol: Vidadi Cəfərov, 64; 80; 90+4-pen – Aqil Nəsibov, 65.
Qırmızı vərəqə: Nicat Oruclu, 90+4 (“Qəbələ-2”).
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 15:00.