
“Cəbrayıl”la “Baku Sportinq” qələbə ilə başladı
- 04 Sen 2023 19:50
- 348
II Liqada 1-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.
“Füzuli” - “Cəbrayıl” matçında qonaqlar qalib gəliblər. “Baku Sportinq” – “Şəfa” matçı meydan sahiblərinin xeyrinə yekunlaşıb. “Ağdaş”la “Şahdağ Qusar” arasındakı görüşdə isə qalib müəyyənləşməyib.
II Liqa
1-ci tur
4 sentyabr
“Füzuli” – “Cəbrayıl” 3:4
“ASK Arena”, 13:00.
“Baku Sportinq” – “Şəfa” 4:2
Binə qəsəbə stadionu, 16:00.
“Ağdaş” – “Şahdağ Qusar” 2:2
Ağdaş şəhər stadionu, 16:30.