II Liqanın iddialı komandalarından olan "Cəbrayıl" bir sıra peşəkar addımları ilə də seçilir.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi səfər oyunlarına bir gün öncədən yollanmağı düşünür.

Komanda rayon səfərlərinə bir gün öncə yollanacaq, oradakı otellərdən birində məskunlaşıb oyun öncəsi son məşqini də orada keçəcək. Bu qərarı komanda rəhbərliyi qəbul edib.