
Cəbəllütariq klubu "Qarabağ"la oyundan əvvəl kapitanını dəyişdi
- 10 İyl 2023 19:15
- 302
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Cəbəllütariqin "Linkoln" komandasının kapitanı dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bernardo Lopes Roy Çipolinanı əvəzləyəcək. Vitse-kapitanlar isə Liam Uoker və Li Kasyaro olacaqlar.
Qeyd edək ki, "köhlən atlar" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə keçirəcək. Cavab görüşü bir həftə sonra Bakı Olimpiya Stadionunda olacaq.