
"CBC Sport"dan klublarımızın Antalyadakı oyunları ilə bağlı açıqlama
- 03 Yan 2022 15:20
- 607
Bildiyiniz kimi, Premyer Liqada qış fasiləsidir. Klublarımız hələ ki, istirahət edir.
Rekord.az xəbər verir ki, yanvarın 5-dən sonra komandalar təlim-məşq toplanışlarına başlayacaq.
Rəsmiləşən məlumatlara görə, ayın 14-15-dən sonra 6 Premyer Liqa klubu - "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt" Antalyaya yollanacaq.
Təmsiçilərimiz burda bir neçə yoxlama oyunları keçirəcəklər. Görəsən, bu qarşılaşmaların hansısa "CBC Sport"da canlı yayınlanacaq?
Sualımızı kanalın Xəbərlər Departamentinin direktoru Şəmsəddin Abbasova ünvanladıq (Futbol+):
"Xeyr! Bu il bizim Antalyadan hansısa oyunun yayınımı etmək planımız yoxdur. Hələ ki, qərar belədir".