Bu mövsüm I Divizionun oyunları heç bir telekanalda yayımlanmayacaq.

Rekord.az xəbər verir ki, yayımlamağa yeganə namizəd "CBC Sport" olsa da, sözügedən telekanal öncədən də gözlənildiyi kimi, divizionu ciddiyə almayıb.

Bundan sonra aşağı liqanın oyunlarını yalnız PFL-in yutub kanalı vasitəsi ilə izləmək mümkün olacaq.