CBC SPORT bir gündə 3 matçı canlı yayımlayacaq - yeni STS gəldi
- 20:00
- 52
Sabah Azərbaycan Premyer Liqasında keçiriləcək hər 3 matç - "İmişli" - "Turan", "Zirə" - "Şamaxı" və "Araz" - "Sabah" matçları yerindən canlı yayımlanacaq. "Rekord.az" xəbər verir ki, bu bir ilkdir. Buna qədər kanal bir gündə maksimum 2 matçı bu formada yayımlaya bilirdi ki, buna səbəb sərəncamında cəmi iki Səyyar Televiziya Stansiyasının (STS) olması idi. Bu yaxınlarda yeni bir STS-lə güclənib. Bu da CBC SPORT-a eyni gündə 3 canlı yayım təşkil etmək imkanı verib.
Əldə etdiyimiz məlumata görə, telekanal daha bir - 4-cü STS-i də alacaq.