Cavid Cəlilov Əliyarı VAR-a niyə çağırmayıb?
- 11:00
- 52
Bizon Azərbaycan kubokunun "Turan Tovuz"la "Zirə" arasında keçirilən ilk yarımfinal matçında Əliyar Ağayevin idarəçiliyi böyük müzakirələrə yol açdı.
Rekord.az xəbər verir ki, onun iki epizodda "Zirə"nin qapısına penalti təyin etməməsi sonradan AFFA Hakimlər Komitəsi tərəfindən də təsdiq olundu.
Nəticəsə həm o, həm də VAR hakimi Cavid Cəlilov qeyri-müəyyən müddətə Premyer Liqa oyunlarından kənarlaşdırılıb. Maraqlıdır ki, Renatonun rəqibinə dirsəklə zərbə vurduğu epizodda Cavid Cəlilov Əliyar Ağayevi VAR-a dəvət etsə də, Qismət Alıyevin Milerin ayağını tapdladığı ikinci epizodda bunu etmədi. Hansı ki, bunun özü də müzakirələrə səbəb oldu. Bununla bağlı isə maraqlı məlumat əldə etmişik. Məlumata görə, Cəlilov ikinci epizodda Əliyarı özü VAR-a çağırmayıb. Səbəb isə ilk epizodda yaşananlar olub. Belə ki, Renatonun epizodunda Cavid baş hakimi penalti şübhəsi ilə VAR-a çağırıb. Monitor arxasında da onlar arasında qızğın müzakirə gedib və yekunda Əliyar öz qərarını dəyişməyəcəyini bildirib. Hətta deyib ki, öz qərarlarından əmindir və onu VAR-a çağırmasınlar. Cəlilov da məhz bu səbəbdəb ikinci epizodda Əliyarı VAR-a çağırmayıb. Necə deyərlər: onsuz da gəlib baxıb öz bildiyi qərarı verəcək.