“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 5-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. "Kəpəz" doğma meydanda yaxşı oynayır. Bu komandanın "Turan Tovuz" və "Neftçi" ilə oyunlarını izləmişdik və müəyyən nəticələr çıxarmışdıq. Çalışdıq ki, istədiyimizi birinci hissədə icra edək. Buna nail olduq, qol epizodlarından maksimum yararlandıq. İkinci hissədə sığortalı oynadıq. Uşaqlar yaxşı mübarizə apardılar. Buraxdığımız qol bizim üçün siqnal olmalıdır. Müdafiədə boşluqlar buraxdıq. Bunun üzərində işləməliyik”.