
Bundesliqanı tərk edən daha bir klub
- 14 May 2022 22:19
- 478
Almaniya Bundesliqasını tərk edən daha bir klub müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu "Arminiya"dır. Komanda Bundesliqanın sonuncu turunda "Leyptsiq"lə 1:1 hesablı heç-heçə edib.
Bu nəticədən sonra "Arminiya" çempionatı 28 xalla 17-ci pillədə başa vurub. 33 xalla 16-cı yeri tutan "Herta" isə elitada qalmaq üçün pley-offda oynayacaq.
Qeyd edək ki, bundan əvvəl sonuncu yerdə olan "Qroyter"in Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.