Almaniyanın “Volfsburq” klubunda baş məşqçi Mark van Bommel istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bundesliqada “Frayburq”a 0:2 hesablı məğlubiyyətdən sonra Van Bommellə yollar ayrılıb.
“Volfsburq” Bundesliqada 13 xalla 9-cu sıradadır.