Buffon İtaliya millisindən ayrıldı
- 16:00
- 37
İtaliya millisində növbəti istefa gerçəkləşib.
Rekord.az xəbər verir ki, Canluici Buffon yığmanın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrıldığını açıqlayıb.
Sabiq qapıçı sosial şəbəkə hesabında yaydığı bəyanatda bildirib ki, bu qərarı Bosniya və Herseqovina millisinə qarşı məğlubiyyətə görə verib.
Xatırladaq ki, İtaliya milli komandası dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşsa da, penaltilər seriyasında rəqib daha dəqiq olaraq qələbə qazanıb.
Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb.
Buffon 2023-cü ildən etibarən milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışırdı.