
Bu stadionu MOİK-ə verdilər
- 31 Dek 2021 17:00
- 1860
Birinci divizionda mövsümün ilk yarısı yekunlaşıb.
Rekord.az xəbər verir ki, ayyarımlıq fasiləyə gedən komandaları qarşıda maraqlı oyunlar gözləyir.
Hazırda turnir cədvəlinə 28 xalla "Qaradağ Lökbatan" başçılıq edir. Lökbatan təmsilзisini isə MOİK izləyir. Komanda 23 xalla ikinci pillədə qərarlaşıb. Oyunlarını əsasən Binədə keзirən “hərbşilər”in daimi meydanı yoxdu. Mövsüm başlayarkən qısa zaman ərzində meydan probleminin həll olunacağı söylənilsə də, bu hələ mümkün olmayıb.
Redaksiyamıza daxil olan məlumata görə, MOİK qış fasiləsindən sonra “AZAL Arena”nın xidmətindən yararlanacaq. Şüvəlandakı stadion süni örtüyə mailkdi. 2011-ci il aprelin 10-da istifadəyə verilən arena 3500 azarkeş tutumuna malikdi. ("Futbol plus")