Zərdabda yeni komandanın yaradılması nəzərdən keçirilir.

Rekord.az-a daxil olan məlumata görə, rayon rəhbərliyi bu işdə təşəbbüskar kimi çıxış edir.

Komandanın növbəti mövsümdən "Region Liqası"nda, bir sonrakı il isə II Liqada oynaması nəzərdə tutulub.

Qeyd edək ki, dövlətin xətti ilə 2024-cü ildə Zərdab stadionun da əsaslı təmiri nəzərdə tutulub.