Növbəti mövsüm üçün lisenziyalaşdırma məsələsində əsas söz sahiblərindən biri də Peşəkar Futbol Liqası (PFL) olacaq.

Rekord.az-a daxil olan məlumata görə, lisenziyalaşdırma komitəsi stadionla bağlı məsələdə PFL-in rəyini əsas götürəcək.

Yəni sözügedən qurum hansısa klubun stadionunu qəbul etməsə və ciddi problem olduğunu bildirsə, həmin kluba elita üçün lisenziya verilməyəcək.