
“Bu günlərdə müsahibə vermək təhlükəlidir"
- 14 Yan 2022 16:15
- 523
“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubla yeni müqavilə danışıqlarını davam etdirən hücumçu Məhəmməd Salahla bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, alman mütəxəssis hələ klubla razılaşa bilməyən misirli hücumçu ilə bağlı bunları deyib:
“Bu günlərdə müsahibə vermək təhlükəlidir. Salahın qalmağını istəyirik. Müzakirələr fərqli istiqamətlərdə davam edir.
Mən pozitiv düşünürəm və azarkeşlər qədər gərgin deyiləm. Narahat olmağa ehtiyac yoxdur”.
Salah bu mövsüm “Liverpul”la 26 oyunda 23 qol vurub. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.