PSJ-nin braziliyalı futbolçusu Neymar Yeni ili təmtəraqla qarşılamaq niyyətindədir.

Rekord.az xəbər verir ki, Neymar Braziliyadakı mülkündə əyləncəli gecə təşkil edəcək.

Bunun üçün hücumçu hətta evində yeraltı gecə klubu da tikib.

Artıq musiqiçilər orada şənlik üçün lazım olan avadanlıqları quraşdırır və məşq edirlər. Gecəyə kimlərin dəvət olunacağı isə məlum deyil.

Qeyd edək ki, Neymar zədəlidir və hazırda bərpa kursu keçir.