Braziliyalı futbolçu karyerasını başa vurdu
- 12 Yan 2023 10:00
- 368
Braziliya yığmasının sabiq müdafiəçisi Joao Miranda peşəkar karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Miranda Braziliyada “Koritiba” və “San Paulo”, Fransada “Soşo”, İspaniyada “Atletiko”, İtaliyada “İnter”, Çində “Jianqsu Suninq” klublarının formasını geyinib. O, millinin heyətində 58 oyuna 3 qol vurub.