
Braziliya və Argentina Avropa Millətlər Liqasında oynayacaq
- 18 Dek 2021 14:22
- 480
2024-cü ildə keçiriləcək Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması iştirak edəcək.
Rekord.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Zbiqnev Bonek ESPN-ə açıqlamasında danışıb.
O, Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Perunun A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvadorun isə B Liqasında mübarizə aparacağını bildirib.
Qeyd edək ki, bütün qarşılaşmaların Avropada keçiriləcəyi gözlənilir.