
Braziliya millisinin sabiq üzvü karyerasını bitirdi
- 11 Dek 2021 17:30
- 568
Braziliya millisinin sabiq futbolçusu Luis Fabiano karyerasını bitirib.
Rekord.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə “instaqram” hesabından paylaşım edib. O, səhhətindəki problemlərə görə karyerasını bitirdiyin söyləyib.
Son olaraq ölkəsində “Vasko da Qama”da çıxış edən Fabiano 2005-2011-ci illərdə “Sevilya”nın (İspaniya) formasını geyinib. O, Braziliya yığmasında 45 oyuna 28 qol vurub.