Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.

Rekord.az Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Fernando Dinizə tapşırılıb.

49 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.

"Fluminense"nin də baş məşqçisi olan Fernando Diniz oradakı vəzifəsinə də davam edəcək.

Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında 2024-cü ildə komandaya İspaniya "Real"ında çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib. O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacağını vurğulayıb.