"Borussiya"nın futbolçusu İngiltərəyə yollana bilər
- 21 İyn 2022 17:20
- 461
"Borussiya"nın (Dortmund) futbolçusu Torqan Hazard İngiltərə Premyer Liqasında oynaya bilər.
Rekord.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunu istəyən komanda "Nyukasl"dı. Premyer Liqa təmsilçisi belçikalı üçün 15 milyon avrosundan da keçməyə hazırdı.
Dortmund klubu isə Torqan üçün 20 milyon avro tələb edir.