“Borussiya”dan növbəti transfer
- 2023-07-04 10:01
- 195
Dortmund "Borussiya"sı "Volfsburq"un futbolçusu Feliks Nmeçanı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Dortmund təmsilçisi 30 milyon avrosundan keçib.
22 yaşlı oyunçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
Nmeça 2022/23 mövsümündə"Volfsburq"un heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 3 qol vurub, 5 assist edib.