Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Marko Roysla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Roys 2012-ci ildən “Borussiya”nın formasını geyinir. O, Dortmund təmsilçisinin heyətində 382 oyuna 161 qol vurub. Təcrübəli vinger Almaniya millisində də 48 oyunda 15 qola imza atıb.