“Borussiya”da yeni müqavilə
- 22:00
- 35
Almaniyanın "Borussiya" (Dortmund) klubu müdafiəçi Niko Şlotterbeklə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ildə başa çatmalı idi.
Şlotterbek cari mövsümdə "Borussiya"nın heyətində 31 oyunda meydana çıxıb və 4 qol vurub. O, 2022-ci ilin yayında Almaniyanın "Frayburq" klubundan Dortmund təmsilçisinə transfer olunub.
Futbolçu "Borussiya"da ümumilikdə 155 oyun keçirib və 10 qolla yadda qalıb.