
“Borussiya”da Haland şoku
- 23 Yan 2022 16:31
- 505
Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Haland zədələnib.
Rekord.az xəbər verir ki, norveçli hücumçu Bundesliqanın 20-ci turunun “Hoffenhaym”la səfər oyununda sıradan çıxıb. Haland 63-cü dəqiqədə Aksel Vitsellə əvəzlənib.
Haland komandasının “Hoffenhaym”a qalib gəldiyi oyunda (3:2) ilk qolu vurub.