"Borussiya" (Dortmund) futbolçusu Cud Bellinqemin transfer qiymətini müəyyənləşdirib. 

Rekord.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Almaniya təmsilçisinin rəhbərliyi 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klublardan 120 milyon avro tələb edəcək.

Bellinqemlə "Liverpul", "Mançester Yunayted" və "Real"ın maraqlandığı bildirilir.

Xatırladaq ki, Bellinqem 2020-ci ilin yayından "Borussiya"da oynayır. O, ötən mövsüm 43 oyunda 6 qol vurub və 14 qolun ötürməsini verib.