
"Borussiya" Dortmundun ulduzu "lipa"dır?
- 18 Yan 2023 16:00
- 385
Almaniya mediasında "Borussiya"nın (Dortmund) futbolçusu Yussufa Mukoko barədə sensasiyalı iddilar yayılıb.
Rekord.az xəbər verir ki, hazırda rəsmi sənədlərdə 18 yaşı olduğu qeyd edilən futbolçunun əslində 2000-ci ildə doğulduğu və hazırda 23 yaşının tamamlanmasına az qaldığı bildirilib. Bununla əlaqədar həqiqi sənədlər olduğunu vurğulanır.
Gənc mərkəz hücumçusu Almaniyanın milli komandasının da oyunçusudur. O, Kamerunun Yaounde şəhərində anadan olub. 2014-cü ildə Almaniya vətəndaşı tərəfindən övladlığa götürüldükdən sonra bu ölkəyə köçüb.
Avstriyanın "Laola 1" nəşrinin yazdığına görə, Mukokonun ögey atası futbolçunun 2000-ci il təvəllüdlü olduğu iddia edilən sənədi bir jurnalistə göndərib.
Onun övladlığa götürüldüyünə dair məlumat 2022-ci ildə ortaya çıxıb. Həmin vaxt "Borussuya"lı oyunçunun 18 yaşında olmasına dair şübhələr var idi. Digər diqqətçəkən məqam isə Mukokonun 18 yaşlı digər oyunçulardan daha yaşlı görünməsidir.
Daha öncə Almaniya Futbol Federasiyasından verilən açıqlamada isə Mukokonun yaşının saxtalaşdırıldığına dair xəbərlər təkzib edilib.