
Bolt Kontenin "Tottenhem"ə baş məşqçi təyin olmasına münasibət bildirdi
- 17 Noy 2021 14:21
- 404
Səkkizqat olimpiya çempionu Useyn Bolt Antonio Kontenin “Tottenhem”in baş məşqçisi təyin olunmasına münasibət bildirib.
Rekord.az xəbər verir ki, Bolt bu təyinatdan məyus olduğunu bildirib.
O, Kontenin, azarkeşlik etdiyi “Mançester Yunayted”i çalışdırmasını istədiyini də etiraf edib:
“Düzü, istəyirdim ki, Konte “Mançester Yunayted”in baş məşqçisi olsun. O, “Tottenhem”i toparlayacaq.
Hara getməsindən asılı olmayaraq, o, əla iş görüb. Böyük ehtimalla, yanvarda bir-iki futbolçu da alacaq.
Mövsümün sonunda isə nəzərdə tutduğu, komandaya uyğun gələn futbolçuların hamısını sərəncamında görəcək”.