"İctimai" TV-nin "Bol İdman" verilişi növbəti dəfə efirə gedib.

Rekord.az xəbər verir ki, Kənan Hakimovun təqdim etdiyi verilişin qonaqları "Rekord.az" portalının rəhbəri Kənan Məstəliyev, "Sportfm.az" saytının baş redaktoru Araz Əhmədov və futzal üzrə yığma komandamızın qolkiperi Rövşən Hüseynli olub. Efir vaxtı qonaqlar futzal yığmamızın elit-rounddakı uğursuzluğundan bəhs edib. Canlı yayımda futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu da müzakirə edilib. 

Verilişin tam videosunu təqdim edirik: