
Bir qrup azarkeş "Sumqayıt"ı dəstəkləməkdən imtina etdi
- 17 Fev 2022 10:00
- 1161
"Sumqayıt"ın fanqrupu olan "Kimyaçılar" tribunalardan uzaqlaşdığını açıqlayıb.
Onlar bu haqda "instagram" hesablarında paylaşım ediblər.
Paylaşımı təqdim edirik:
"Diqqət! Biz "Kimyaçılar" olaraq, neçə ildi heç bir məsafə, əngəl, hava şəraiti bilmədən "Sumqayıt"ın yanında olmuşuq. Həmişə dəstək vermişik. Lakin klubun qeyri-sabit çıxışı və səhv qərarlara görə bir müddət tribunadan uzaqlaşırıq. Ola bilsin, 1 ay, ola bilsin, 1 mövsüm. İnanırıq ki, etdiyiniz səhvlərdən lazımi nəticə çıxaracaqsız.(Kimyaçılar Ultras)"