Futzal üzrə Yüksək Liqanın VIII turu maraqlı hadisə ilə yadda qalıb. Rekord.az xəbər verir ki, 2004-cü ildən ölkə çempionatında iştirak edən “Araz” (Naxçıvan) 2700-cü qolunu vurub.

Sayca 302-ci qələbəsini qazanan çempionun “Record”la matçının 31-ci dəqiqəsində Manekanın vurduğu qol klubun Yüksək Liqadakı 2700-cü qolu olub.

Bu matçda daha bir yubiley qeydə alınıb. Xətai Bağırovun 22-ci dəqiqədə vurduğu qol Yüksək Liqada 17000-ci qol olub.