
Beyləqanda zona yarışı
- 29 Apr 2023 14:14
- 424
27 aprel 2023-cü il tarixdə Salyan rayonu N saylı hərbi hissədə Şahin hərbi-idman oyununun zona mərhələsi keçirildi.
Rekord.az xəbər verir ki, zona mərhələsində Beyləqan rayon Ə.Şirinov adına Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb və ümumilikdə 10 rayonun komandası iştirak etdi.
Yarışda iştirak edən gənclər sıra hazırlığı, intellektual müsabiqə,400 metr məsafəyə qaçış,turnikdə dartınma,maneələrin dəf olunması, tir üzərində qaçış,mülkü müdafiə hazırlığı, yaralıya ilkin tibbi yardım göstərmə digər meyarlar üzrə öz bacarıqlarını nümayiş etdirdilər.