
Beyl niyə oyamır?
- 06 Yan 2022 18:20
- 632
“Real”ın baş məşqçisi Karlo Ançelotti Qaret Beylin meydana çıxmamağı haqda danışıb.
Rekord.az xəbər verir ki, uelsli futbolçu sonuncu dəfə “Real”ın heyətində avqustda meydana çıxıb. Ançelotti Beylin psixoloji durumunu qabardıb:
“Beyl zədəli deyil, amma özünü yaxşı hiss etmir. Müqaviləsinin bitməsinə 6 ay qalır. Ancaq rahat deyil. Əgər o, zədə almaqdan qorxursa, bunu başa düşməliyik.
Zədə ilə bağlı xəbərləri dərc etməmək adi bir təcrübədir və hər kəsin şəxsi həyatına hörmət edilməlidir.
Ümid edirik ki, o, bu həftə sonu “Valensiya” ilə oyunda və ya Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku uğrunda qarşılaşmada qayıdacaq”.