Avropa Liqasında 1/4 final mərhələsinə bir oyunla start verilib.


Rekord.az xəbər verir ki, ilk oyun günündə İspaniya təmsilçisi "Betis" Portuqaliyada "Braqa"nın qonağı olub.


"Estadio Municipal de Braga"da baş tutan oyunda bərabərlik qeydə alnıb -1:1.


Ev sahiblərinin heyətində Florian Qrilliç (5) fərqlənib. Qonaq komandanın qolunu isə penaltidən Xuan Kamilo Ernandes (62) vurub.


Xatırladaq ki, raundun digər qarşılaşmaları aprelin 9-da keçiriləcək.