
"Beşiktaş"dan minimal hesablı qələbə
- 19 Yan 2022 09:33
- 458
"Beşiktaş" Türkiyə Superliqasında 22-ci tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, İstanbul klubu səfərdə "Fatih Karagümrük"lə qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Fatih Karagümrük" – "Beşiktaş" - 0:1
Qol: Batşuayi, 39-pen
"Beşiktaş" hazırda turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. Siyahıya 50 xalla "Trabzonspor" başçılıq edir.