
"Beşiktaş"dan 39 yaşlı futbolçu ilə yeni müqavilə
- 03 İyl 2022 16:00
- 460
Türkiyə "Beşiktaş"ı futbolçusu Atiba Hatçinson ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı kanadalı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli oyunçu 2013-cü ildən İstanbul təmsilçisində çıxış edir. O, "Beşiktaş"da keçirdiyi 326 matçda 26 qol vurub.