Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu qatıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Vulverhempton” komandasından mərakeşli müdafiəçi Romen Saissi transfer edib.

32 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Saissinin “Beşiktaş”da illik məvacibi 1,8 milyon avro olacaq.