
Berluskonidən İkardinin arvadına cəlbedici təklif
- 06 İyl 2022 15:16
- 459
Avropa futbolunda transferlər dalğası davam edir.
Rekord.az xəbər verir ki, bu mövzuda mediada rəsmi xəbərlərlə yanaşı, çox sayda iddialar da dolaşır.
Növbəti belə iddia İtaliya A seriyasının debütantı “Monza” və PSJ-nin oyunçusu Mauro İkardi barədə yayılıb.
Deyilənlərə görə, bu il yüksək liqaya vəsiqə qazanan klubun sahibi, italiyalı siyasətçi Silvio Berluskoni argentinalını transfer etmək üçün əlindən gələni edir.
O, hətta futbolçunu “ələ keçirmək” üçün onun həyat yoldaşı Vanda Naraya televiziya şoularının birində aparıcılıq da təklif edib.
İkardinin bu məsələyə münasibəti isə hələlik açıqlanmayıb