Berezutski istefaya göndərildi
- 17:00
- 34
Rusiyanın “Ural” klubu baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Ekaterinburq təmsilçisinin prezidenti Qriqori İvanov "RB Sport"a açıqlamasında deyib.
Qeyd edək ki, 2024/25 mövsümündə “Sabah”ı çalışdıran və kluba tarixində ilk dəfə ölkə kubokunu qazandıran Berezutski daha sonra “Ural”a baş məşqçi təyin edilmişdi. Ekaterinburq təmsilçisi Rusiya 1-ci liqasını üçüncü sırada bitirib və elitaya vəsiqə qazana bilməyib.