“Real” Kərim Benzemanın müqaviləsinin müddətini artıracaq.

Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu 2023-cü ilin yayına qədər Madrid təmsilçisində çıxış edəcək.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Benzema 2009-cu ildən “Real”da çıxış edir. Fransalı hücumçunun indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.