
Benzema Messi, Mbappe və Neymardan danışdı
- 15 Fev 2022 15:20
- 624
“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri PSJ-nin oyunçuları Kilian Mbappe, Lionel Messi və Neymar haqqında danışıb.
Rekord.az xəbər verir ki, 34 yaşlı hücumçu UEFA-nın rəsmi saytına açıqlamasında deyib:
“Kilian Mbappe ilə oynamaq çox həyəcanlı olacaq. Lionel Messi inanılmaz futbolçudur. İnsanlar ondan həmişə qol gözləyirlər. Messinin nəyə qadir olduğunu dəfələrlə öz gözlərimlə görmüşəm. Neymar da ən yaxşı futbolçularından biridir. Onun meydana çıxmağa tam hazır olub-olmayacağını bilmirəm. Amma onun meydana qayıtması PSJ üçün əla xəbərdir”.
Qeyd edək ki, PSJ – “Real” görüşü bu gecə saat 00:00-da başlayacaq.