Benzema karyerasını "Real"da bitirmək istəyir
- 16 İyn 2022 15:30
- 471
"Real"ın futbolçusu Kərim Benzema karyerasını Madrid klubunda başa vurmaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə fransalı hücumçu "Onze Mondial"a açıqlamasında deyib: "Mənim üçün "Real" dünyanın ən böyük klubudur. La Liqadan da daha yaxşı liqa yoxdur. Başqa bir liqada oynamağı yoxlamayacağam".
Qeyd edək ki, K.Benzema 2009-cu ildən "kral klubu"nda oynayır.