
“Benfika”nın futbolçusu “Qalatasaray”da
- 23 Yan 2022 17:30
- 469
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “cim-bom” “Benfika”nın yarımmüdafiəçisi Jedson Fernandeşlə anlaşıb.
İstanbul klubu 23 yaşlı futbolçunu 1,5 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanacaq.
Jedson Fernandeş ötən mövsümün ikinci yarısını da icarə əsasında “Qalatasaray”da keçirib.