
Belçika – Azərbaycan matçı azarkeşsiz keçiriləcək
- 15 Yan 2022 20:01
- 480
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 17-də Belçika yığması ilə yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, oyun azarkeşlər üçün qapalı olacaq.
Belçika – Azərbaycan matçı Borlqon şəhərində keçiriləcək.